AZ

"Azov"da xidmət edən ukraynalıya 18 il həbs cəzası verilib...

...Rostov-na-Donuda Cənub Dairə Hərbi Məhkəməsi əsirlikdə olan Ukrayna vətəndaşı Vladislav Plaxotniki 18 il müddətinə ciddi rejimli koloniyada cəzaya məhkum edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, Rusiyada terrorçu elan edilən Ukraynanın “Azov” batalyonunda xidmət etməkdə ittiham olunub.

Məhkəmə Plaxotniki terror təşkilatında iştirakına, terror fəaliyyəti həyata keçirmək üçün təlim keçmək ittihamı ilə təqsirli bilib.

Ukraynalı cəzasının ilk üç ilini həbsdə çəkməlidir.

Qeyd edək ki, Cənub Dairə Hərbi Məhkəməsi əsir götürülmüş Ukrayna vətəndaşlarına qarşı işlərə baxmağa davam edir.

Bu arada “Kavkaz.Realii” saytına müsahibə verən ekspertlər bildiriblər ki, bu məhkəmələr beynəlxalq hüququn pozulmasıdır və Rusiyanın Ukraynaya qarşı siyasi strategiyasının bir hissəsidir.

SİA-nın əlavəsi: “Azov” alayı 2014-cü ildə könüllü birləşmə kimi yaradılıb, onun mənşəyi ifrat sağçı baxışların fəalları olub. 2015-ci ildə ABŞ Konqresi onun neonasistlərlə əlaqəsi olduğuna görə ona hərbi yardım göstərməyi qadağan edib. İndi "Azov" Ukrayna silahlı qüvvələrinin tərkib hissəsidir. Rusiyada Ali Məhkəmə alayı terror təşkilatı kimi tanıyıb və fəaliyyətini qadağan edib. Həmçinin, “Azov” Rusiya təbliğatı tərəfindən Ukraynanın dövlət səviyyəsində neonasizmi dəstəklədiyini sübut etmək üçün müntəzəm olaraq istifadə olunur.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla