AZ

Şuşa dünyanın ən Ali Zirvəsi, ən Ali Tribunasıdır



Şuşa dünyanın ən Ali Zirvəsi, ən Ali Tribunasıdır.

Şuşa Azərbaycanın Milli Ləyaqət Simvolu, Zəfərin rəmzidir.

Şuşa Qarabağın Tacı, Qəhrəman Oğullarımızın ucaltdığı ən Möhtəşəm Abidədir.

Şuşa Türk dünyasının mədəniyyət paytaxtı, İslamın Səcdəgahıdır.

Şuşa azad edildikdən sonra dünya Azərbaycanı və Azərbaycanlıları daha da yaxından tanıdı.

Şuşa Sülh, Qardaşlıq şəhəridir, dövlətlərarası siyasi-diplomatik danışıqlar, konfranslar Mərkəzidir.

Şuşa dünyanın ecazkar musiqi Əsəridir.

Şuşanın dağında, daşında sehr, möcüzə var, buz bulaqlarında Ana laylası var.

Biz 4 ildir ki, Şuşa Zirvəsindəyik, Ali arzularımıza çatmışıq.

Şuşa bir neçə gündən sonra öz doğma sakinlərinə qucaq açacaq.

Azərbaycan xalqına bu xoşbəxtliyi yaşatdığına görə, Ali Baş Komandana və onun igid əsgərlərinə minnəndarıq.

Allah əziz şəhidlərimizə rəhmət eləsin, qazilərimizə san sağlığı nəsib etsin.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
Mənbələr
Şərh ()
Bağla