AZ

Leyboristlərin lideri Sadiq Xan üçüncü dəfə London meri seçildi

Böyük Britaniyanın Leyboristlər Partiyasının namizədi Sadiq Xan üçüncü dəfə London meri seçkilərində qalib gələrək təkrar seçkilərin sayına görə rekorda imza atıb. Bu barədə səslərin yekun hesablanmasından sonra məlum olub.

Ölkənin müxalifət partiyasının 53 yaşlı nümayəndəsi səslərin 43,7%-ni (bir milyondan çox londonlu) toplayıb. 800 mindən çox paytaxt sakini onun rəqibi, hakim Mühafizəkarlar Partiyasının namizədi Syuzan Holla səs verib ki, bu da bütün seçki iştirakçılarının 32,6%-ni təşkil edir.

London meri vəzifəsi 2000-ci ildə yaradılıb. Xandan əvvəl heç kim bu vəzifəni üç dəfə tuta bilməyib. Ken Livinqston 2000-2008-ci illərdə, Boris Conson 2008-2016-cı illərdə bələdiyyə sədri olub. 2016-cı ildə Xan London meriyasına rəhbərlik edən ilk müsəlman olub.

S.ELAY

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
18
Mənbələr
Şərh ()
Bağla