AZ

Rahilin komandası Ekstraklasanı tərk edib

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi LKS öz meydanında uduzub.

Lodz klubu “Şlask”a 1:2 hesabı ilə məğlub olub. Bütün qollar fasilədən sonra vurulub. Hesabı LKS açsa da, qonaq komanda əzmkarlıq göstərərək, 2 dəfə fərqlənib.

Bu məğlubiyyətdən sonra Məmmədovun komandasının Ekstraklasanı tərk edəcəyi rəsmiləşib. 31 oyundan sonra 21 xal toplayan Lodz təmsilçisi sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, LKS növbəti turda “Piast”la qarşılaşacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
2
Mənbələr
Şərh ()
Bağla