AZ

Şəkidə törədilən dəhşətli cinayətin baş verdiyi ərazidən GÖRÜNTÜLƏR - VİDEO 

Xəbər verdiyimiz kimi mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetiriliblər. 

Bizim.Media xəbər verir ki, hadisə şəxsi münaqişə zəminində baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə iki nəfər GÜLLƏLƏNİB


Hadisəni törədən 1965-ci il təvəllüdlü Namik Məmmədov özünə xəsarət yetirdiyindən xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi ərazidən video görüntüləri təqdim edirik: 


 
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla