AZ

Olimpiya Təsnifat turnirinə 9 güləşçi gedir

Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində ölkəmizi 9 güləşçi təmsil edəcək.

Yunan-Roma güləşçilərimiz turnirin ilk günlərində mübarizə aparacaq. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaq. Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi təmsil edəcək.

Hər çəkidə ilk üç yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə qazanacaq.

Xatırladaq ki, güləşçilərimizin artıq 8 lisenziyası var. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kq), yunan-Roma güləşində isə 67 və 77 kq-da Paris-2024-ə vəsiqə əldə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
14
Mənbələr
Şərh ()
Bağla