AZ

Leninqrad vilayətində əsgər xatirəsinə ucaldılmış abidə zədələnib..?

...Leninqrad vilayətinin Kirov rayonunda naməlum şəxs həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidəni zədələyib. Faktla bağlı cinayət işi açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bumemorialın ərazisində 524 nəfərin qalıqları olan kütləvi məzarlıq var.

İstintaqın məlumatına görə, naməlum şəxs etdiyi hərəkətin qanunsuzluğundan xəbərdar olub.

Regional İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, o, bir gül qabını zədələyib, ikincisini isə oğurlayıb.

Cinayət işi “Vətənin müdafiəsində şəhid olanların xatirəsini əbədiləşdirən hərbi məzarlığa ziyan vurma” maddəsi ilə açılıb.

Hazırda hadisəni törədən şəxs axtarılır.

Qeyd edək ki, bundan əvvəl kimlərsə Kişinyovda Hərbi Şöhrətin Əbədilik Memorialında Böyük Vətən Müharibəsi iştirakçısı Andrey Kolbinskinin məzarı üzərinə qoyulmuş obeliski dağıdıblar.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla