AZ

Qərbin yeni Ukrayna planı: Gürcüstan

Bakı. Trend:

Qərbin növbəti hədəfi Gürcüstanı Ukraynaya çevirməkdir.Gürcüstanda baş verən hadisələr eyni ssenari üzrə gedir. 2004-cüildə Qərb dairələri tərəfindən hakimiyyətə gətirilmiş Saakaşviliyəsözdə vədələr verilərək Rusiya ilə qarşı-qarşıya qoyuldu.

Nəticə nə oldu? Gürcüstan ərazilərini itirdi, Rusiya qoşunlarıisə Tbilisinin bir neçə km yaxınlığına gəlib çatdılar. Saakaşvilinibu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı vənəticədə uduzan Gürcüstan oldu.

İndi isə tarix yenidən təkərrür edir. Gürcü xalqı isə artıq başverənlərə daha realist yanaşır. 2004 cü ildən fərqli olaraq, gürcüxalqı təhlükəni görür və avantüraya getmir. Hazırki baş verənlərisə Gürcüstan hakimiyyətinin qabaqlayıcı planlar qurmamasınınnəticəsidir. Belə ki, ötən illər ərzində Qərb Gürcüatanda çox güclüşəbəkə qurub. Gürcüstanda fəaliyyət göstərən 25 minə yaxın QHT ninböyük hissəsini maliyyələşdirir və öz iradəsinə uyğun idarəedir.

Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejimininliberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib, aşağıişlərdə işləyir. Oxşar proses Ukraynada da müşahidə olunmuşdu. Hərdəfə hansısa preferensiyalar müqabilində Gürcüstandan dəhşətligüzəştlər tələb olunur, Gürcüstan cəmiyyətinin əsaslarılaxladılır.

Hadisələrin belə inkişaf etməsi ən pis halda Gürcüstanın yeniUkraynaya çevrilməsi ilə nəticələnəcək. Yaxşı halda isə gürcü xalqımilli identikliyi olmayan topluma çevriləcək. Hazırda gürcücəmiyyətinin müqaviməti Amerikanın və Qərbin regiondan qovulmasıprosesinin təzahürüdür.

Qərb dairələri anoloji hadisələri Azərbaycanda da törətməkfikrində idilər. Lakin 2010-cu ildən etibarən Qərbin, AmerikanınAzərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı. Qərblitəxribatçıların Azərbaycan cəmiyyətini, gənclərini qiyama qaldırmaqcəhdləri iflasa uğradıldı.QHT-lərin maliyyə fəaliyyətinişəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşməprosesi nəzarətə götürüldü.

Maraqlı bir faktı qeyd edək ki, bu gün Gürcüstandaxarici agent qanununun qəbul olunmasına qarşı sərt çıxış edənAmerika özü bu qanunu hamıdan əvvəl qəbul edib, Aİ də də müvafiqhüquqi aktlar fəaliyyətdədir.

ABŞ, Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan vəmaraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaqmümkün deyil. Azərbaycan istəməzsə, bu regionda ayaq açabilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir vəverməyəcək, sanksiyaların heç bir nəticəsi olmayacağını anlayaraqbu addımdan da geri çəkiləcəklər.

2000-lərin əvvəlində Gürcüstanda həyata keçirilən ssenari isə bugün Ermənistanda təkrarlanır. Paşinyanı da Saakaşvilinin aqibətigözləyir.

Təsadüfi deyil ki, Qərb Gürcüstan üzərindən Azərbaycandakışəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Buna görə dəciddi cəhdlə Abzas media, Toplum TV kimi layihələri müdafiə edir,qanunları pozduqlarına görə məhkəmə qərarı ilə həbs olunmuşşəxslərin azadlığa buraxılmasına nail olmağa çalışır.

Lakin Azərbaycan artıq bütün beynəlxalq dairələr, böyük güclərəmüstəqil siyasət yürütdüyünü, xalqın maraqlarının hər şeydən üstünolduğunu dəfələrlə sərgiləyib. Bütün təzyiq və təsirlərin heç birfaydası yoxdur.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla