AZ

"Qoşa çinarlar" mahnısının ifaçısı Ülviyyə: "Ərimin Rusiyada şəxsi biznesi var" - VİDEO

"Mənim birinci evliliyimdən bir qız övladım var. İkinci həyat yoldaşımla toyların birində tanış oldum. O, toyda qonaq idi.  Müğənni olmasaydım, çox güman ki, evdə oturacaqdım (gülür). Bizim bütün həyatımız elə toylarda keçir. İkinci həyat yoldaşımın cürəti olmadı ki, toyda mənə yaxınlaşıb, tanış olsun".

Bizim.Media xəbər verir ki, bu sözləri ölkədə "Qoşa çinarlar" mahnısı ilə məşhurlaşan müğənni Ülviyyə Namazova qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

İkinci dəfə ailə qurduğunu söyləyən sənətçi bildirib ki, onun Rusiyada yaşayan həyat yoldaşı iş adamıdır:

"Həyat yoldaşım Rusiyanın Sankt-Peterburq şəhərində çalışır. O, iş adamıdır, orada şəxsi biznesi var. İkinci həyat yoldaşım azərbaycanlıdır. Vaxt aşırı, daha dəqiq desəm 2-3 aydan bir gedib-gəlirəm Peterburqa, ərimin yanına. O da yanıma gəlir-gedir. İnam olandan sonra hər şey mümkündür. O qədər kişilər var ki, Rusiyada çalışırlar və azərbaycanda ailələrini dolandırırlar. Bu hər zaman olub. Mən həyat yoldaşıma inanıram".
 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla