AZ

Brüssel Kremlə axan pulun qarşısını kəsə biləcəkmi?

...Avropa Komissiyası Rusiya maye qazının Avropa İttifaqılimanlarında yenidən satışını qadağan etmək təklifini dərc etməyə hazırdır.

Komissiya həmçinin Rusiyanın gələcək üç maye qazlayihəsinə məhdudiyyət qoyulmasını xahiş edəcək.

Bu tədbirlər Brüsseldən 14-cü sanksiyalar paketinin bir hissəsi olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu üç avropalı diplomatın sözlərinə istinadən “Politico” yazır.

Qeyd olunur ki, maye qaza qarşı sanksiyalar Moskva üçün sərfəli biznesin qarşısını almağı nəzərdə tutub.

Deyim ki, bu gün Rusiyanın maye qazı bütün dünyada hərəkət edir.

Buna görə də, ekspertlər sanksiyaların Rusiyanın 8 milyard avroluq maye qaz gəlirlərinin yalnız dörddə birinə təsir edəcəyini düşünürlər.

Yeri gəlmişkən, Bu, Avropa İttifaqı və Qərbin Moskvanı qalıq yanacaq gəlirlərindən məhrum etmək cəhdlərinin böyük ölçüdə uğursuzluğa düçar olması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlar fonunda baş verir.

Bu da etiraf edilməlidir ki, Avropa İttifaqı Rusiya kömürünün və dəniz neftinin idxalını qadağan etsə də, çoxsaylı boşluqlar və yayınma taktikası Kremlə daxil olmaqda davam edir.

Bunujurnalistlər də qeyd edirlər.

Bu arada Avropa İttifaqı Moskvanın maye qaz sektorunun cəzalandırılmasında az irəliləyiş əldə edib. Keçən il yanacaq Avropa İttifaqının ümumi qaz istehlakının cəmi 5 faizini təşkil etsə də, o, Kremlin öz müharibəsində güvəndiyi “pul inəyi” olaraq qalır.

Fransa, İspaniya və Belçika bu cür qaz üçün ən böyük qovşaqlar olub və onun böyük hissəsi daha sonra Almaniya və İtaliya kimi ölkələrə də ixrac olunur.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla