AZ

3 saat 12 dəqiqəlik oyunu Şvyontek qazanıb

Madrid Masters turnirində qadınların mübarizəsində qalib müəyyənləşib.

İdman.biz xəbər verir ki, finalda Arina Sabalenka (Belarus) və İqa Şvyontek (Polşa) qarşılaşıb.

3 saat 12 dəqiqə sürən qarşılaşma reytinq cədvəlinə başçılıq edən tennisçilərin oyunu kimi yadda qalıb. Gərgin mübarizənin sonunda Şvyontek 2:1 hesabı ilə qalib gəlib (7:5, 4:6, 7:6 (9:7)). Sabalenkanın 3 dəfə qələbə xalını qazanmaq şansı olsa da, o, bu imkanda istifadə edə bilməyib.

Qeyd edək ki, Şvyontek ilk dəfə Madriddə qalib gəlib.Polşalı karyerasında 20-ci titulunu əldə edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla