AZ

“Bakcell”-in cavabsızılığı…

Tarifləri artıran “Bakcell” şirkəti Heftelik.az saytında işıq üzü görən yazıya reaksiya verib.

Heftelik.az “Bakcell”-in mövqeyini olduğu kimi təqdim edir:

“Qeyd etmək istərdik ki, daim yenilənən dövrdə abunəçilərə ən son innovativ həlləri təqdim etmək, xidmət keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulur. Bunu nəzərə alaraq, “Bakcell” şirkəti 1 may 2024-cü il tarixindən etibarən tarif və xidmətlərə yeni qiymət strukturu təqdim etmişdir. Təyin olunmuş yeni qiymət dəyişikliyi nəticəsində abunəçilər üçün şəffaf qiymət modeli, əlverişli və rahat istifadə imkanları yaradılmışdır. Hörmətlə, “Bakcell”.

Ancaq bütün dünyada internet və mobil rabitə taarifləri ucuzlaşmaqda olduğu halda “Bakcell”-in qiymətlərn qaldırmasının səbəbi bu cavabdan da aydın olmur. Əgər “Bakcell” haqlı mövqedədirsə, niyə dünya ölkələri ilə müqayisənin aparıldığı cavab təqdim etmir? Azərbaycan manatının sabitliyi fonunda “Bakcell”-in bunu manatın dəyəri, inflyasiya ilə əlaqələndirməsi də mümkün deyil. Deməli, bunu ən yaxşı halda “Bakcell”-in cavabsızılığı kimi dəyərləndirmək olar. Ancaq danışmağın gümüş, susmağın qızıl olduğu bu situasiyada hər mənada susqun olmağa üstünlük verməyib?!

Qeyd edək ki, “Bakcell” may ayından etibarən tarifləri artırıb. Heftelik.az-da 3 mayda dərc olunan yazıda qeyd olunub ki, artım xüsusilə də “Klass” paketlərində daha çox hiss edilir. Mobil operator “Klass” paketlərini 10-13% arasında bahalaşdırıb.

Məsələn, əvvəl 10 manata təklif edilən “Klass 10” paketi bu aydan 11 manata, 15 manata təklif edilən “Klass 15” paketinin qiyməti isə 17 manata qaldırılıb.

Bu isə sosial şəbəkələrdə narazılıqla qarşılanıb. İstifadəçilər bildirirlər ki, “Bakcell” danışıq dəqiqələrini nisbətən artırmaqla “gözə kül üfürməyə” çalışır: “Şirkət paket daxilində hazırda daha çox istifadə edilən internet həcmlərinə isə dəyişiklik etməyib. “Bakcell” loqosunu yeniləməklə bağlı  xərclərini müştərilərindən çıxır”.

Yeri gəlmişkən, Bakının əksər yerlərində binalarda mənzillərə daxil olandan sonra “Bakcell” müştərilərinin evdə mobil telefonlarına zəng çatmadığını, evlərdəki şəxslərin mobil telefonla kiminləsə əlaqə saxlamaq istəyinin elə istək olaraq qalmasını da xatırlatmağa gərək varmı!…

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
Mənbələr
Şərh ()
Bağla