AZ

“Rusiya” sözünü demək qadağan edilib..?

...Esports jurnalisti Riçard Lyuis Danimarka hökumətinin “PGL Major Kopenhagen 2024 Counter-Strike 2” dünya çempionatının təşkilatçılarına təzyiq etdiyini bildirib. Danimarkada keçirilən “Counter-Strike 2” Dünya Çempionatında efirdə “Rusiya” sözünü demək qadağan edilib.

İnsayderin sözlərinə görə, PGLyayım zamanı Rusiya haqqında siyasi mesajkimi qiymətləndirilə bilən hər şeyi efirdən silmək tələbi alıb.

Belə ki, mart ayı turniri zamanı şərhçilər və analitiklər yayım zamanı “Rusiya” sözünü qeyd edə bilməyiblər və iştirakçı komandaların dövlət bayraqları infoqrafikadan tamamilə yox olub.

Danimarkadakı mayorda Rusiyadan olan 18 idmançını çıxış edib, daha beş nəfərə isə viza verilməyib.

Həmçinin, Danimarkanın mədəniyyət naziri Yakob Engel-Şmidt turnirin fonunda Rusiya Federasiyası vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirməyə çağırıb.

Sentyabrda Danimarkada daha bir məşhur oyun – “The International 2024 Dota 2” üzrə dünya çempionatının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, turnirin hazırkı qalibi "Russian Team Spirit" komandasıdır.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
Mənbələr
Şərh ()
Bağla