AZ

"İnanıram ki, tez bir zamanda belə nəticələr geridə qalacaq"

"Qarabağ" Misli premyer-liqasının 33-cü turunda öz meydanında "Neftçi"ni 5:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun oldu. Oyundan razı qaldım. Amma daha da səliqəli oynamalıyıq. Çünki, futbol səhvləri bağışlamır. Rəqib istifadə edə bilərdi. Bəsit səhvlər etdik. Buna baxmayaraq, oyun intizamı var idi, futbolçular istəkli idilər. "Neftçi"yə uğurlar arzulayıram.

- Toral Bayramovun ilk hissədəki oyununu necə dəyərləndirirsiniz?
- Çox narazı qaldım.

- "Qarabağ"ın bu mövsüm xal itirmədiyi yeganə komanda "Neftçi"di. Bu komandaya qarşı xüsusi motivasiyanız olur?
- Elə oyunlar var ki, daha da çox hazırlaşırıq. Ümumiyyətlə meydana motivasiyasız çıxmaq düzgün deyil. "Neftçi"yə gəldikdə, bəlkə də komandamı ən az bu rəqibə qarşı motivasiya edirəm. Çünki, futbolçular istər-istəməz dərk edirlər. Çempionatda ən çox maraq olan oyun "Neftçi" ilə "Qarabağ" arasında olan matçlardı. Tam bizdən asılı olan bir şey deyil. Sadəcə belə uğurlu seriya alındı. "Neftçi" ilə görüşlərdə əlavə nəsə demirik.

- Mateus Silva mərkəz müdafiəçisi kimi özünü necə göstərdi?
- Ondan razı qaldım. Neçə oyundu ki, onu mərkəzdə oynadırıq. Həmin mövqedə istədiyimiz oyunu göstərir. Mateusun hər iki mövqedə eyni səviyyədə oynaması mənim üçün üstünlükdür. Son vaxtlar Mateus tam olaraq özünü bu kollektivin üzvü kimi hiss edir.

- Mətbuatda sizin İspaniyada bir klubun düşərgəsində təcrübə keçəcəyinizlə bağlı xəbərlər yayılıb. Hansı kluba gedəcəksiz?
- Hazırda belə bir plan yoxdu.

- Keçmiş "Neftçi"li kimi "Neftçi"nin düşdüyü vəziyyət sizə necə təsir edir?
- Mənim cavab verməyim bəlkə də düz olmaz. "Neftçi"yə qarşı hamı istəkli oynayır. O ad həmişə onların üzərindədi. Hər komandanın eniş vaxtı olur. Ola bilər ki, "Neftçi"də bu günlərə düşüb. Nəinki "Neftçi"nin, bütün komandaların, çempionatın aktiv olmasını istəyirəm. Zəmanət yoxdu ki, biz hər il bu səviyyədə olacağıq. Bizdə də hansısa il eniş ola bilər. Buna hazır olmalıyıq. "Neftçi" böyük klubdu. İnanıram ki, tez bir zamanda belə nəticələr geridə qalacaq.

- "Qarabağ" heyətini gücləndirəcək?
- Çalışacağıq. Ən azından heyəti qoruyub-saxlamağa və güclənməyə.

- "Qarabağ"ın Emre Morla maraqlandığı ilə bağlı xəbərlər nə dərəcədə realdı?
- Xəbərim yoxdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
2
Mənbələr
Şərh ()
Bağla