AZ

"Turan Tovuz" YOXSULLAŞDI

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 33-cü turunda doğma meydanda "Zirə"ni qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi oyuna iki itki ilə çıxacaq.

Müdafiəçi Bruno Qonçalves cəzalı durumdadır. Braziliyalı 32-ci turun "Neftçi" ilə matçında qırmızı vərəqə görüb. Digər mdafiəçi Roderik Miller isə zədəlidir.

"Turan Tovuz" - "Zirə" qarşılaşması 5 aprel tarixində saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla