AZ

Ronaldo het-trik etdi

Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda evdə "Əl Vehda" ilə qarşılaşan "Əl Nəsr" 6:0 hesabı ilə qalib gəlib.

Publika.az xəbər verir ki, 5, 12 və 52-ci dəqiqələrdə fərqlənən 39 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldo het-trik edib.

Portuqaliyalı hücumçu Otavio, seneqallı hücumçu Sadio Mane və səudiyyəli müdafiəçi Məhəmməd Əl Fatil də rəqib qapısına qol vurub.

“Əl Nəsr” lider “Əl Hilyal”dan 9 xal geri qalaraq 74 xalla ikincidir. “Əl Vehda” 32 xalla 12-cidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla