AZ

Liqa 1: “Monako” “Klermon”u 4 qolla məğlub etdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Brest” – “Nant” matçında qapılara qol vurulmayıb. “Havr” doğma meydanda “Strasburq”a, “Monako” isə “Klermon”a qalib gəlib. Beş qolun qeydə alındığı “Mets” – “Renn” matçında isə qonaqlar qələbə qazanıblar.

35-ci turun “Nitsa” – PSJ və “Reyms – “Olimpik” (Marsel) oyunları isə mayın 15-də keçiriləcək.

Fransa, Liqa 1
32-ci tur
3 may

Tuluza – Monpelye 1:2
Qollar: Dallinqa, 34 – Savanye, 27. Fayad, 81.

Lans – Loryan 2:0
Qollar: Vahi, 57. Da Kosta, 81.

4 may

Havr – Strasburq 3:1
Qollar: Keşta, 24; 65. Ayyu, 90+5 – Jilbert, 86.

Monako – Klermon 4:1
Qollar: Minamino, 16. Embolo, 37. Ben Yedder, 57; 87 – Çam, 34.

Mets – Renn 2:3
Qollar: Mikautadze, 17. Diallo, 45 – Quiri, 23. Buriqe, 73. Kalimuendo, 90+2.

Brest – Nant 0:0

6 may

23:00. Lill – Olimpik (Lion)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
Mənbələr
Şərh ()
Bağla