AZ

A Seriyası: “İnter” “Sassuolo”ya yenə uduzdu - Video

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Montsa” – “Latsio” matçında qalib müəyyənləşməyib.

Səfərdə “Sassuolo” ilə qarşılaşan “İnter” isə bu turu məğlub başa vurub. Maraqlıdır ki, Simone İnzaqinin kollektivi bu rəqibinə ilk dövrədə də uduzmuşdu.

Xatırladaq ki, Milan təmsilçisi bu mövsüm çempionluğu vaxtından öncə təmin edib.

35-ci turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
35-ci tur
3 may

Torino – Bolonya 0:0

4 may

Montsa – Latsio 2:2
Qollar: Dyuriç, 75; 90+2 – İmmobile, 11. Vesino, 83.

Sassuolo – İnter 1:0
Qol: Loryente, 20.

5 may

14:30. Kalyari – Leççe
17:00. Empoli – Frozinone
17:00. Verona – Fiorentina
20:00. Milan – Cenoa
22:45. Roma – Yuventus

6 may

20:00. Salernitana – Atalanta
22:45. Udineze – Napoli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla