AZ

Təbriz stadionunda Azərbaycan bayrağı qaldıranlar həbs edildi

Təbrizin "Səhənd" “(Yadiqare İmam”) stadionunda “Traktor” və “Sepahan” arasında keçirilən oyunda Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iki nəfər həbs edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Həmşəhri” qəzeti məlumat yayıb.

“Bu, Azərbaycanla İran arasında gərginliyin davam etdiyi bir vaxtda baş verib. Bir sıra mənbələr həbs edilənlərin pantürkist cərəyanlara mənsub olduğunu bildirir” - qəzet yazıb.

Saxlanılanların kimliyi və hara aparıldıqları barədə əlavə məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
Mənbələr
Şərh ()
Bağla