AZ

Bakıda qəza törədən sürücü və yaxınları jurnalistlərə təzyiq göstəriblər - FOTO

Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin sürücüsü maşını bordürə çırpıb.

Nəticədə avtomobilə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzanı törədən sürücü və yaxınları ərazidə peşə fəaliyyətini yerinə yetirərək hadisəni işıqlandıran “APA TV”nin çəkiliş heyətinə təzyiq göstəriblər.

Onlar media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, operatorun kamerasına əl atıb, etik normalardan kənar ifadələr işlədiblər.

Polisin müdaxiləsindən sonra jurnalistlər peşə fəaliyyətini davam etdirə bilib.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
15
Mənbələr
Şərh ()
Bağla