AZ

Süni intellektə malik F-16 ABŞ-da uğurlu təlim döyüşü keçirib

ABŞ döyüş təyyarələrini idarə etmək üçün süni intellektin (AI) sınaqdan keçirilməsini uğurla həyata keçirib.

"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinin naziri Frenk Kendall Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında müstəqil şəkildə təlim döyüşü keçirən F-16-nın kabinəsində olub.

Qeyd olunur ki, ABŞ uzun müddətdir ki, hərbi aviasiyada süni intellekt elementlərinin tətbiqi üzərində işləyir. Məhz Edvards Hərbi Hava Qüvvələri bazasında sınaq pilotları döyüş təyyarələrinin idarə olunması üçün süni intellektə öyrətmək üçün xüsusi simulyatorlardan istifadə edirlər. Texnologiya hələ tam inkişaf etdirilməsə də, Pentaqon süni intellekt sistemləri ilə 1000 təyyarədən ibarət donanma qurmaq istəyir ki, onlardan birincisi 2028-ci ilə qədər xidmətə başlamalıdır.

"Bunun olmaması təhlükəsizlik riskidir. Bu məqamda bizdə bu olmalıdır", - nazir “Associated Press”ə deyib.

Kendalın sözlərinə görə, o, uçuş zamanı kifayət qədər görüb ki, müharibə zamanı silahların istifadəsi ilə bağlı müstəqil qərarlar qəbul etmək üçün süni intellektə etibar etməyə hazırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
2
Mənbələr
Şərh ()
Bağla