AZ

Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...

Sorğular göstərir ki, Fələstinlilərin tərəfini tutan və İsraili tənqid gənc amerikalıların sayı getdikcə artır.
 
Moderator.az xəbər verir ki, bu haqda “Əl-Cəzirə”nin reportajında deyilir.
 
1948-ci ildə yaradılandan bəri ABŞ-nin bir-birini əvəz edən administrasiyaları İsraili dəstəkləyib.
 
Lakin sorğular göstərir ki, hazırda ABŞ-də İsrailə ictimai dəstək, xüsusən gənclər arasında azalmaqdadır.
İki il əvvəl “Pew Research” araşdırması göstərdi ki, 18-29 yaş qrupunda olanların yalnız 41 faizi İsrailə müsbət baxır. Və bu nəsildən olan bir çox tələbə indi universitet şəhərciklərində 35 minə yaxın fələstinlinin ölümünə səbəb olan Qəzza müharibəsinə etiraz edir.
 
Beləliklə, gənc amerikalılar arasındakı qəzəbli etiraz Vaşinqtonun İsrailə qarşı siyasətində nəsillərarası bölünməni vurğulayır. 
 
S.Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla