AZ

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb

İspaniya çempionatının 34-cü turunun matçında "Jirona" Kataloniya derbisində "Barselona"ya qalib gəlib.

APA xəbər verir ki, Jirona şəhərinin "Montivilli" stadionunda 14 090 tamaşaçının iştirakı ilə keçirilən görüş 4:2 hesabı ilə Miçelin yetirmələrinin iradəli qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra "Jirona" 74 xal toplayıb və "Barselona"nı 1 xal qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Bu nəticə həm də "Jirona"ya Çempionlar Liqasının 2024/25 mövsümünün qrup mərhələsinə erkən vəsiqəni təmin etməyə imkan verib. Klub tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
2
Mənbələr
Şərh ()
Bağla