AZ

Qazaxın 4 kəndindəki yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdi - FOTO-VİDEO

İşğaldan azad ediləcək Qazaxın Aşağı-Əskipara və Xeyrimli kəndlərinin yüksəklikləri bir güllə açılmadan Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri ermənilərə məxsus Telegram kanalları yayıb.

Mənbə yazır ki, eyni vəziyyət Bağanıs Ayrum və Qızıl Hacılı kəndlərində də müşahidə olunur.

Xatırladaq ki, may ayının 15-dək adları çəkilən 4 kənd Azərbaycana təhvil veriləcək.

 

 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla