AZ

Makron: Rusiya ilə dialoqun davam etdirilməsi vacibdir

Fransa prezidenti Emmanuel Makron Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə "La Tribune" nəşrinə müsahibəsində bildirib. 

"Rusiya ilə danışıqlar üçün qapını açıq qoymaqla düzgün iş görürük. Əks halda biz beynəlxalq nizamdan məhrum olarıq. Bu yolla isə sülh və təhlükəsizliyi tərk etmiş olarıq", - Makron qeyd edib. 

Eyni zamanda, Makron Rusiyaya qarşı strateji qeyri-müəyyənlik siyasətini davam etdirdiyini açıqlayıb.

Aprelin sonunda Fransa prezidenti Sorbonnada Avropanın gələcəyi ilə bağlı çıxışı zamanı bildirmişdi ki, Avropa İttifaqı Ukrayna münaqişəsi bitdikdən sonra Rusiya ilə münasibətlər qurmağa hazır olmalıdır. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla