AZ

Barton: “Messinin geni dəyişdirilib və steroidlər qəbul edib”

“Mançester Siti”nin ingilis keçmiş futbolçusu Coi Barton maraqlı açıqlaması ilə mətbuatın diqqət mərkəzinə düşüb.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Barton “İnter Mayami”nin və Argentina yığmasının ulduz hücumçusu Lionel Messinin karyerasına hormon terapiyasının təsiri ilə bağlı fikirlərini paylaşıb:

“Mənim üçün Messi adı üzərində böyük ulduz işarəsi olmalıdır, çünki o, gənc yaşlarında steroidlər və başqa şeylər qəbul edib, bu da onun boy artımına təsir edib.

Messinin gənc yaşda geni dəyişdirilib, ona görə də adının yanında ulduz işarəsi olmalıdır. Ona boyatma hormonu və böyüməsinə kömək edən hər cür dərman verilib. Bildiyimə görə, bunu başqa heç kim etməyib. Beləliklə, əgər onun təbii şəkildə böyüməsinə icazə verilsəydi, nəticədə o, əldə etdiyi nəticələrə nail olmaq üçün kifayət qədər böyüməyəcəkdi”.

Xatırladaq ki, 1997-ci ildə tibbi müayinə Messinin boyatma hormonu çatışmazlığı (GHD) olduğunu göstərmişdi. Bu səbəbdən “Leo” hər gün özünə boyatma hormonu iynəsi vurmalı olub. Tamamlanmış müalicə kursu Messinin 169 santimetrə qədər böyüməsinə kömək edib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 24 oyun, 22 qol və 11 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla