AZ

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir

Bakı.Trend:

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu2024” təşkil edilib.

Trend xəbər verir ki, Küləyə qalib gəl” şüarı ilə keçirilənyarışa 18 mindən çox iştirakçı qatılıb.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədəyaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Fransa, Gürcüstan,Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan,Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları daqoşulub. Artıq 7-ci dəfədir təşkil olunan Bakı marafonu insanlarıböyük coşqu ilə ətrafına toplayır. Hər il olduğu kimi, bu il dəBakı marafonunun fəxri iştirakçıları olub. Ayrı-ayrı sahələrdən200-dən çox şəxs fəxri iştirakçı kimi yarışır.

2016-cı ildən 21 km məsafədə təşkil olunan Bakı marafonu idmanıninkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etməkməqsədi daşıyır. Hər il iştirakçılarının sayının artması da yarışaolan marağın göstəricisidir. Builki marafonda da xüsusi qayğıyaehtiyacı olan şəxslər iştirak edir.

Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarənBayraq Meydanında yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkilolunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl pilates,fitness, yoqa, isinmə, boks, zumba, kardio üzrə məşqlər keçirilib,yarış zonasında yarışı dəstəkləyənlər üçün isə əyləncə dolu “fanzona” - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilir.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub.Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtınmərkəzi küçə və prospektlərini əhatə edir.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
7
Mənbələr
Şərh ()
Bağla