- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyunlar keçiriləcək.
İdman.biz xəbər verir ki, XXXIII turun ikinci gününə Tovuzda start veriləcək.
Avrokuboklara vəsiqə üçün mübarizə aparan “Zirə” “Turan Tovuz”un qonağı olacaq. Rəşad Sadıqovun yetirmələri səfərə vacib xallar üçün yollanıblar. Qərblilər Avropaya çıxmağa nəzəri şanslarını itirməmək üçün qalib gəlməlidirlər.
Günə Bakıda yekun vurulacaq. Mükafatlara iddialı “Sabah” “Araz-Naxçıvan”ın qonağı olacaq.
Qeyd edək ki, turun son matçı sabah keçiriləcək. “Səbail” “Qəbələ”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XXXIII tur
5 may (bazar)
16:30. “Turan Tovuz” – “Zirə”
Baş hakim: Elçin Məsiyev
Tovuz şəhər stadionu
19:00. “Araz-Naxçıvan” –“ Sabah”
Baş hakim: Əliyar Ağayev
“Liv Bona Dea Arena”
1 | Qarabağ | 33 | 24 | 4 | 5 | 90-32 | 76 |
2 | Sumqayıt | 33 | 13 | 12 | 8 | 34-35 | 51 |
3 | Neftçi | 33 | 14 | 8 | 11 | 43-38 | 50 |
4 | Zirə | 32 | 13 | 10 | 9 | 29-20 | 49 |
5 | Sabah | 32 | 14 | 7 | 11 | 46-38 | 49 |
6 | Səbail | 32 | 11 | 9 | 12 | 47-51 | 42 |
7 | Turan Tovuz | 32 | 11 | 9 | 12 | 47-47 | 42 |
8 | Kəpəz | 33 | 9 | 8 | 16 | 38-60 | 35 |
9 | Araz-Naxçıvan | 32 | 9 | 8 | 15 | 29-44 | 35 |
10 | Qəbələ | 32 | 4 | 5 | 23 | 23-61 | 17 |
Bombardir: Olavio Juninyo ("Qarabağ") - 17 qol
İdman.biz
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.