AZ

Virciniya Dövlət Universitetində Fələstinə dəstək aksiyası zamanı 25 nəfər saxlanılıb


Virciniya Dövlət Universitetinin kampusunda Fələstinə dəstək aksiyasında ən azı 25 nəfər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” universitet rəhbərliyinə istinadən məlumat yayıb.
Universiteti rəhbəri Cim Rayanın öz saytında dərc etdiyi açıqlamaya görə, tələbələr heç bir qaydanı pozmadan kampusda düşərgə salıblar. Rayan bildirib ki, daha sonra onlara universitetə ​​aidiyyəti olmayan insanlar qoşulub.
“Etirazçılar universitet rəhbərliyinin tələblərinin yerinə yetirilməsi ilə bağlı çoxsaylı müraciətlərə məhəl qoymadılar. Şənbə günü səhər son xəbərdarlıq universitetin polis idarəsinin rəisindən gəldi. Biz ümid edirdik ki, bunu öz gücümüzlə həll edə biləcəyik. Lakin universitet polisinin vəziyyəti həll etmək cəhdləri fiziki müqavimət və hücum cəhdi ilə qarşılaşdıqda, kömək üçün əyalət polisinə müraciət etməkdən başqa çarəmiz qalmadı”, - deyə Rayan qeyd edib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanı qanunsuz elan edib və dağılışmaqdan imtina edənləri saxlayıb.
“The Washington Post” yazır ki, polis əməkdaşları nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Qeyd edək ki, ABŞ universitetlərində Fələstinə dəstək, İsrailin Qəzza zolağındakı hərəkətlərinə və ABŞ hakimiyyətinin bu ölkəyə dəstəyinə qarşı kütləvi etirazlar keçirilir. Aprelin 18-dən bəri polis ABŞ-nin 30-dan çox universitetində Fələstinə dəstək aksiyalarında 2 mindən çox insanı saxlayıb. Etirazçılar 6 ayda 34,6 min insanın ölümünə, 77,8 min insanın yaralanmasına səbəb olan Qəzza zolağında hərbi əməliyyat keçirən İsrailə maliyyə yardımı və silah tədarükünün dayandırılmasını tələb edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla