AZ

Autsayderlər nəyi bacaracaq?

Sabah əvəzedicilər liqasında 33-cü tura start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək. Yeddi oyundu məğlub olmayan, sabit oyun nümayiş etdirən “Sumqayıt” elə sonuncu məğlubiyyətini aldığı “Kəpəz”lə səfər oyununda uğurlu çıxışını davam etdirməyə çalışacaq. “Qarabağ” isə doğma meydanda lider “Neftçi” ilə qarşı-qarşıya gələcək. Növbəti gün, yəni bazar ertəsi turun daha iki oyunu baş tutacaq. Hər iki görüş autsayder komandaları çətinliyə salacaq. Sonuncu pillədə qərarlaşan “Turan Tovuz” ortabablardan “Zirə” ilə “doğma divarlar” arasında qarşılaşacaq. “Araz-Naxçıvan” isə ilk “üçlük”də yer alan “Sabah”la görüşəcək.
Tura çərşənbə axşamı keçiriləcək “Səbail” – “Qəbələ” matçıyla yekun vurulacaq.

5 may
Kəpəz-2 – Sumqayıt-2
Gəncə. Şəhər stadionunun ehtiyat meydançası. Saat 15.00.
Qarabağ-2 – Neftçi-2
Binə. Qəsəbə stadionu. Saat 15.00.
6 may
Turan Tovuz-2 – Zirə-2
Tovuz. Şəhər stadionu. Saat 15.00.
Araz-Naxçıvan-2 – Sabah-2
Binə. Qəsəbə stadionu. Saat 15.00.
Xal durumu: Neftçi-2 – 77, Qəbələ-2 – 75, Sabah-2 – 60, Sumqayıt-2 – 50, Qarabağ-2, Zirə-2 – 45, Səbail-2 – 35, Kəpəz-2 – 32, Araz-Naxçıvan-2 – 21, Turan Tovuz-2 – 20.
Bombardir: Ağadadaş Salyanski (Neftçi-2) – 28.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla