AZ

“Belə haqsızlıqları Allah yerdə qoymur” – “Kəpəz”in futbolçusu

“Biz oyuna 3 xal üçün çıxmışdıq. Bütün matçlara eyni cür yanaşırıq. Oyun çox çətin keçdi. Bəzən istədiklərinizi meydanda edə bilmirisiniz”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Rüfət Əhmədov “Sumqayıt” görüşü (1:1) barədə danışarkən deyib. O, rəqibin vurduğu qolda topu itirməsinə belə münasibət bildirib:

“Sumqayıt”ın futbolçusu pis zədələnmişdi, səsini eşitmişdim. Rəqib oyunçular da mənə “dəyan-dəyan” dedi. Topu kənara çıxarmaq istəyəndə Rövlan Muradov ayağımdan aldı. Həmin epizod qolla nəticələndi. Bu, heç də yaxşı hal deyil. Çünki mən onların futbolçusuna görə topu kənara çıxarırdım. 

Bu barədə “Sumqayıt” futbolçularına nəsə demədim heç. Oyunçular özləri belə şeyləri düşünməlidir. Kənardan azarkeşlər də görür ki, mən “Sumqayıt”ın futbolçusuna görə topu çölə vururdum. Çox şükür ki, toparlanıb bərabərlik qolunu vura bildik. Belə haqsızlıqları Allah yerdə qoymur”. 

Yayda “Kəpəz”lə müqaviləsi başa çatacaq U 21 millimizin üzvü gələcək karyerası barədə də danışdı:

“Hələ ki, komandamla sözləşməm davam edir. Gələcəkdə nə olacaq bilmirəm. Heç bir futbolçu ilə danışıq olmayıb. Əgər təklif olsa, “Kəpəz”lə müzakirə aparacağıq. Xeyirlisi olsun”.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla