AZ

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam edir

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiyada Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov və bir qrup partiyanın fəal əməkdaşları iştirak edib.

 

Respublika Klinik Xəstəxanasından Aztibb.az-a bildirilib ki, aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsinə, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

 

Qeyd edək ki, ağacəkmə aksiyasında 1000 ədəddən çox müxtəlif ağac növləri əkilib, suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla