AZ

Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub

Ukrayna prezidenti Vladimir Zelenski dünən axşam verdiyi açıqlamada Ukrayna ordusunun əsgərlərinin Donetsk vilayətində Rusiyanın Su-25 tipli hücum təyyarəsini vurduğunu bildirib.

Moderator.az xəbər verir ki, rusiyanın dünən bütün gün Ukraynanın bölgələrini hədəf aldığını bildirən Zelenski, “Bütün gün səmanı qoruyan əsgərlərimizin görəcəyi çox iş var idi. Xarkov, Odessa, Dnepropetrovsk və Donetsk vilayətləri. Qırıcılarımız 13 “Şahed” pilotsuz uçuş aparatını düşürüb.

Rusiya terrorçuları gün ərzində sərhədyanı bölgələrimizə və cəbhə xəttində yerləşən mövqelərimizə qarşı müxtəlif təyinatlı 8 raket və 70-ə yaxın idarə olunan aviasiya bombasından istifadə ediblər".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla