AZ

Rusiya Ukraynada Su-25 təyyarəsini itirib

Ukrayna əsgərləri Rusiyanın Su-25 təyyarəsini vurub.

APA UNİAN-a istinadən xəbər verir ki, hərbi analitik, Rusiya-Ukrayna müharibəsinin veteranı, Milli Qvardiyanın ehtiyatda olan mayoru Aleksey Getman qeyd edib ki, bu, cəbhə xəttində yerləşən hücum təyyarəsidir və o qədər də sürətli deyil (maksimum sürət 950 km/saatdır).

Ekspert bildirib ki, Rusiyanın hələ də 200-dən bir qədər az belə təyyarəsi var: “Bu, qoşunlarımıza zərər vurmaq baxımından olduqca yaxşı təyyarədir”.

O, əlavə edib ki, Su-25 birbaşa təmas xəttində döyüş əməliyyatlarını dəstəkləmək üçün hazırlanıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri rusların son 24 saat ərzində bir təyyarə itirdiyini bildirib. Beləliklə, 5 may 2024-cü il tarixinə Rusiya Federasiyasının ümumi aviasiya itkiləri belədir: 349 təyyarə və 325 helikopter məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
2
Mənbələr
Şərh ()
Bağla