AZ

Libbinin Xədicə İsmayılla görüşünün arxasında BU DETALLAR dayanır

“ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin bir sıra dırnaqarası media nümayəndələri ilə, xüsusilə də Xədicə İsmayılla görüş keçirməsi və bu görüş çərçivəsində guya Azərbaycanda mətbuat azadlığının olmamasıyla bağlı fikir səsləndirməsinin nə hüquqi, nə siyasi əsası var”.

Bu fikirləri Musavat.com-a politoloq Samir Hümbətov deyib.

samir

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, ABŞ-ın özündə belə bu və ya digər formada media üzərində ciddi basqıların və təsir mexanizmlərinin olduğu çıxan media yazılarında da açıq şəkildə görünür:

“Azərbaycanda media azadlığının olmaması ilə bağlı səsləndirilən absurd fikirlərin hüquqi əsasının olmamasının digər bir əsaslandırılması da ondan ibarətdir ki, Azərbaycan dövləti həbs edilmiş jurnalistlərin konkret cinayət əməlləri ilə bağlı həbs edildiyini cəmiyyət üçün də, beynəlxalq ictimaiyyət üçün də hər zaman qeyd edib. Onlar siyasi təqiblərlə bağlı deyil, törətdikləri cinayət əməlinə görə həbs ediliblər. Azərbaycanda kifayət qədər media resursları – istər onlayn platformalar, istərsə də ənənəvi media resursları fəaliyyət göstərir. Onlar üzərində hər hansı bir senzuranın olmaması gündəlik aparılan yazışmalardan, çıxan müsahibələrdən, verilən açıqlamalardan da görünməkdədir”.

Politoloq vurğulayıb ki, bu cür absurd bəyanatları səsləndirməklə ABŞ başda olmaqla, kollektiv Qərbdən Azərbaycana qarşı anti-Azərbaycan meyllərinin formalaşmasının da şahidi oluruq:

“Düşünürəm ki, bu, məqsədyönlü və hansısa dairələrin fikirlərinə xidmət edən açıqlamalardır. Bu, Azərbaycan dövləti tərəfindən qəbuledilməz haldır. Bu cür açıqlamalar onların maraqlarına xidmət edən şəxs və qrupların əlini gücləndirməyə hesablanmış açıqlamalar kimi dəyərləndirilə bilər. Hesab edirəm ki, bu, əslində kimin Azərbaycan daxilində onlarla separat əməkdaşlığa getdiyinin də açıq nümunəsi ola bilər”.

Aytən Novruz
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
Mənbələr
Şərh ()
Bağla