AZ

Kristiano Ronaldo het-trik etdi, “Əl-Nəsr” 6 qola sevndi - Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 30-cu turu çərçivəsində “Əl-Vəhda” ilə üz-üzə gəlib.

“Əl-Nəsr” rəqibini 6:0 hesabı ilə darmadağın edib. Portuqal ulduz komandasının qələbəsinə het-triklə töhfəsini verib.

Oyundan sonra Ronaldo adəti üzrə özünün sosial şəbəkə hesabı üzərindən paylaşma edib:

“Özümü əla hiss edirəm. Komandaya və azarkeşlərə təşəkkürlər!”, – portuqal ulduz dərc edib.

30 oyundan 74 xal toplamış “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlində 74 xalla 2-ci pillədə qərarlaşıb. Çempionata 29 oyundan 83 xalla “Əl-Hilal” başçılıq edir.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 41 qol vurub, 12 məhsuldar verib.

Ronaldo 32 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi (42) üzrə mütləq liderdir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
Mənbələr
Şərh ()
Bağla