AZ

“Heydər Əliyev Fondu musiqidə, mədəniyyətdə, təhsildə əsl intibah yaradıb” – Etibar Əliyev

Heydər Əliyev Fondunun 20 illik Yubileyinə həsr olunmuş "20 ilin sədası" adlı möhtəşəm konsertdə iştirak etdik. Konsertdə Heydər Əliyev Fondunun dəstək göstərdiyi incəsənət xadimlərinin nümayiş etdirdikləri rəngarəng musiqiləri dinlədik. Ruhumuz dincəldi... Heydər Əliyev Fondu musiqidə, mədəniyyətdə, təhsildə əsl intibah yaradıb.

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiət etdiyi peşəkar musiqilər bizlərə misilsiz zövq bəxş etdi. Böyük şair, Nobel mükafatı laureatı İosif Brodskinin məşhur kəlamını xatırladım: "Estetika - etikanın anasıdır." Yüksək estetika tamaşaçıları heyrətə gətirdi. Etika, yüksək mədəniyyət, nizam-intizam, praqmatiklik bu qurumun təməl prinsipidir. Heydər Əliyev Fondu əbədiyaşar təsisatdır və hər gün Xalqımıza əhəmiyyətli və faydalı yeniliklər bəxş edir...

Heydər Əliyev Fondu yarandığı gündən bizlərə optimist ovqat bəxş edib.

Heydər Əliyev Fondu bizləri işıqlı gələcəyə kökləyir.

Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun yaradılması və idarə olunmasında əvəzsiz xidmətləri var. Bu Mərkəzin həyata keçirdyi layihələr ölkədə davamlı inkişafa öz töhfəsini verib və verəcəkdir. Beynəlxalq səviyyədə həyata keçirilən layihələr bütün dünyada Fondun nüfuzunu göylərə qaldırıb...

Yüksək təşkilatçılığa, yüksək intellektə və nəcib keyfiyyətlərinə görə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm...

Etibar Əliyev, millət vəkili

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla