AZ

Zelenski Tanrını Ukraynanın müttəfiqi adlandırdı (VİDEO)

Ukrayna prezidenti Volodimir Zelenski Pasxa müraciətində deyib ki, Tanrı Ukraynanın müttəfiqinə çevrilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

"Və biz inanırıq: Tanrının çiynində Ukrayna bayrağı olan şevron var. Beləliklə, belə bir müttəfiqlə həyat ölümü mütləq məğlub edəcək", deyə Zelenski bildirib.
 
Prezident qeyd edib ki, ukraynalıların indiki müqavimətinin 802 gününü İncildəki sözlərlə təsvir etmək olar:

"Pasxa insan ruhunun əsarətdən, şərdən və zülmətdən azad olunmasını, xeyir və ədalətin qələbəsini, həyatın ölüm üzərində qələbəsini simvolizə edir. Bütün bunlar üçün biz ardıcıl 802 gün mübarizə aparırıq. İradənin qaranlığa, şücaətin terrora qarşı çıxdığı 802 gün. Yəhyanın İncilindəki sözlərlə təsvir edilə bilən 802 günlük müqavimətimiz: "Ancaq işıq qaranlıqda parlayır və qaranlıq onu bürüməyib".

Onun sözlərinə görə, ukraynalılar artıq göstəriblər ki, onlar yalnız duada diz çökürlər və heç vaxt işğalçılar qarşısında diz çökməyəcəklər. 

Aydın

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla