AZ

“Harri Potter”in müəllifi daha 6 kitab yazmaq niyyətindədir


“Harri Potter” adlı silsilə romanlar sayəsində məşhurlaşan yazıçı JK Roulinq daha bir neçə kitab yazmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
“Beynimdə daha altı kitab var”, - deyə qəzaet Roulinqdən sitat gətirib.
O bildirib ki, sözügedən kitablardan biri hazırda yazdığı özəl detektiv Kormoran Strayk haqqındakı səkkizinci romandır. Qeyd edib ki, o, dedektivin macəraları ilə bağlı daha iki roman və üç fərqli kitab yazmağı da planlaşdırır.
Roulinq bildirir ki, yeni əsərlər üçün ideyalar, adətən o, romanlar üzərində işləyərkən yaranır. Yazıçı qeyd edir ki, bəzən isə belə ideyalar sous hazırlayarkən və ya başqa işlə məşğul olarkən “göydən düşür”.
“İdeya dərhal dəftərə daxil edilir və əgər yaxşı olarsa, bu dəftər itirilsə belə, gec-tez reallaşacaq”, - Roulinq bildirir.
O qeyd edib ki, gecələr və əllə yazmağı xoşlayır. Bildirir ki, onun üçün hər hansı bir əsərə başlamaq tamamlamaqdan daha çətindir:
“Mən adətən hara getdiyimi bilirəm. Sona çatanda hər şey düzgün bir şəkildə birləşdirilərsə, yekun hissəni yazmaq çox asandır. Bir neçə dəfə bir kitabın son fəslini birincisini bitirməmişdən əvvəl yazmışam. Eyni şey “səkkizinci Strayk”da da təkrarlandı”.
Qeyd edək ki, Roulinqə şöhrəti 1997-ci ildən 2007-ci ilə qədər nəşr olunan sehrbaz oğlan Harri Potter və dostları haqqında yazdığı yeddi romandan gəlib. 80-dən çox dildə nəşr olunan kitabların ümumi tirajı yarım milyard nüsxəni keçir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla