AZ

"Beşiktaş" məşhur futbolçunun menecerini İstanbula dəvət etdi

Yayda "Benfika" ilə müqaviləsi başa çatan Anxel Di Mariya karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" argentinalı vingeri transfer etmək istəyir. Bu barədə "TRT Spor" məlumat yayıb.

"Qara qartallar" transfer danışıqları aparmaq üçün 36 yaşlı futbolçunun menecerini İstanbula dəvət edib.

Lionel Messinin formasını geyindiyi "İnter Mayami" də təcrübəli ön xətt oyunçusu ilə maraqlanır.

Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Argentina millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla