AZ

"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində Qax RMX-da qanvermə aksiyası keçirilib

Ölkəmizdə dövlətimiz tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə xüsusi qayğı göstərilir. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış və müvafiq qanunlar qüvvəyə minmişdir. Eyni zamanda, talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinə start verilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ölkəmizin bütün bölgələrində mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı,Qax Rayon İcra Hakimiyyəti və Qax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Qax rayon Mərkəzi Xəstəxanasının ASM bölməsində növbəti qanvermə aksiyası keçirilib.

 

Qax RMX-dan Aztibb.az-a bildirilib ki, qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də rayon sakinləri iştirak edib.

 

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən və qan verməyə uyğun vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla