AZ

Fərid Qayıbov: "Bu bizim idmanda kütləviliyə nail olmağımıza böyük təkan verir" - MÜSAHİBƏ

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən "Bakı Marafonu 2024"də iştirak edən Azərbaycanın idman və gənclər Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, o, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışda iştirakçıların sayını ildən-ilə artdığını deyib.

- "Bakı Marafonu 2024"də iştirak etdiniz. Mübarizə gərgin keçdi?

- Ənənəyə sadiq olaraq Bakı sakinləri və şəhərimizin qonaqları "Bakı Marafonu 2024" yarımmarafonuna qoşulublar. Sevindirici haldır ki, ildən-ilə iştirakçıların sayı artır. Digər məqam isə finişə çatan marafonçuların sayının çoxalmasıdır. Bu, daha çox insanın idmanla məşğul olması deməkdir. Marafonla yanaşı, Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan Atletika Federasiyası ilə birlikdə hər ay müxtəlif yarışlar təşkil edir. Bütün bu amillər idmanda kütləviliyin nail olunmasına böyük təkan verir.

- Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya sayı artmaqdadır. Avarçəkmədə, xüsusilə basketbol 3x3 yarışlarında ilk dəfə komanda yarışlarında ilk dəfə çıxış edəcəyik. Oyunlara hazırlıqla bağlı fikirləriniz necədir?

- Bəli, lisenziyalarımızın sayı artmaqdadır. Təxminən 1 ay sonra bütün lisenziyaçılarımız müəyyənləşəcək. İdmançılarımıza məsul yarışda uğurlar aruzlayıram. İnanıram ki, Yay Olimpiya Oyunlarında layiqincə çıxış edə biləcəyik. Bildiyiniz kimi, bəzi idman federasiyalarda dəyişikliklər baş verdi, komandalarda isə nəsildəyişmə prosesi oldu. Biz artıq 2028-ci il Yay Olimpiya Oyunlarına hazırlığa start vermişik. Ümid edirəm ki, 4 il sonra daha çox lisenziya əldə edəcəyik. Bu istiqamətdə federasiyalar müxtəlif tədbirlər həyata keçirirlər, yeni mütəxəssislər yetişir. Bu həftə Bakıda bədii gimnastika üzrə Avropa kuboku, atıcılıq üzrə Dünya kuboku, Mingəçevirdə avarçəkmə üzrə Prezident kuboku, Göygöldə cüdo üzrə kadetlərin Avropa kuboku keçirilir. Bakı Marafonuna da beynəlxalq status vermək olar. Burada iştirak üçün bir çox ölkədən nümayəndələri gəliblər. Həm nazirlik, həm federasiyalar, həm idman qurğuları Azərbaycanda idmanın kütləviliyinin artması istiqamətimdə birgə fəaliyyət göstərir. Kütləvilik artsa, nəticələr də artacaq.

- Siz ötən il də marafona qoşulmuşdunuz. Hansı nəticəniz daha yüksək oldu?

- Artıq 3-cü dəfədir Bakı Marafonunda iştirak edirəm. Ötən il nəticəmi 20 dəqiqə yaxşılaşdırmışdım. Bu dəfə isə 9 dəqiqə daha tez finişə çatdım.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla