AZ

Lukaşenko Ukraynada sülhə nail olunacağını bildirib

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün əldə olunacağına və belarus, rus və ukrayna xalqlarının birliyinin bərpa olunacağına əminliyini ifadə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb.

"Mən tam əminəm ki, biz dualarımızla xalqlarımızın bir yerdə olacağı vaxtlara qayıdacağıq", - Lukaşenko Pasxa bayramında Orşadakı Müqəddəs İlyas kilsəsini ziyarət edərkən deyib.

Lukaşenko qeyd edib: "Bizim Dnepr çayımız və bu məbəd həmişə xalqlarımızı birləşdirib. Bu, çox qədim məbəddir, Belarusda belələri azdır və o vaxtdan bəri, hətta ondan əvvəl də bu çay və bu məbəd üç slavyan xalqını birləşdirdi: ruslar, ukraynalılar və biz belaruslar". 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
Mənbələr
Şərh ()
Bağla