AZ

Əvəzedicilər Liqası: 33-cü turun hakim təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 33-cü turun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məkumat yayıb.

33-cü tura bu gün keçiriləcək iki oyunla start veriləcək. Turun qalan qarşılaşmaları mayın 6-da və 7-də keçiriləcək.

Əvəzedicilər Liqası
33-cü tur
5 may

“Kəpəz-2” – “Sumqayıt-2”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Rüfət Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Qarabağ-2” – “Neftçi-2”
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 15:00.

6 may

“Turan Tovuz-2” – “Zirə-2”
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Rəşad Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 15:00.

“Araz-Naxçıvan-2” – “Sabah-2”
Hakimlər: Nazim Abdullayev, Anar Bədəlov, Mirnihad Seyidov, Alik Yunusov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 15:00.

7 may

“Səbail-2” – “Qəbələ-2”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, İrşad Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 15:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
3
Mənbələr
Şərh ()
Bağla