AZ

Ərinin cibindən pul oğurladı: Hakim boşanma qərarı verdi

 Ərinin cibindən pul oğurlayan qadın hakim qarşısına çıxarılıb və məhkəmə gözlənilməz qərar verib. Bu haqda məlumat Türkiyənin “qazetegerçek” xəbər saytında yerləşdirilib.
 “Sherg.az” mənbəyə istinadən bildirir ki, İstintaq 2-ci Hüquq Dairəsi həyat yoldaşına qarşı “maddi istəkləri bitmir, cibimdən məndən xəbərsiz pul götürür” iddiası ilə boşanma davası açan kişini haqlı sayıb. Ailə məhkəməsi kişinin hüquqlarının pozulduğunu elan edərək boşanmalarına qərar verib. Məhkəmə hesab edir ki, qadının davranışları boşanma üçün əsaslı səbəblərdir. Məhkəmə  qadını günahkar bilib. Üstəlik, qadının ərinə maddi təzminat ödəməsini tələb edib. Hər iki tərəf də qərardan razı qalmayıb. Qadın davranışlarının qüsurlu olması, təzminat tələbiylə razılaşmayıb, kişi isə təzminatın miqdarıyla. Məhkəmə təzminat hökmünü dəyişib. Vəkil Fırat Bilici isə ərin cibindən izinsiz pul götürməyin ailə təməlini sarsıtdığını söyləyib. Vəkilin fikrincə, izinsiz pul götürmək bir çox ailələrdə gərginliyə səbəb olur. Bu səbəblə boşanma qərarı verilə bilər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla