AZ

Rusiyanın bu vilayətində yüzlərlə ev su altında qalıb

İşim və Tobol çaylarında suyun qalxması səbəbindən Tümen vilayətinin 47 yaşayış məntəqəsində yüzlərlə ev hələ də su altında qalıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“47 yaşayış məntəqəsində 385 ev, 345 bağ evi, 3232 həyətyanı sahələr, 35 yol su altında qalıb”, - məlumatda qeyd olunub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşların sakinlərin təxliyəsinə kömək edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
11
Mənbələr
Şərh ()
Bağla