AZ

Gürcüstan prezidenti Aİ ölkələrinin liderlərini respublikaya gəlmələrini xahiş edir » AzadMedia.az



Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinə baxılması ilə bağlı baş verən hadisələr fonunda Aİ ölkələrinin liderlərini respublikaya səfərə dəvət edib.

Bildirilir ki, müvafiq bəyanatlar Aİ-yə üzv ölkələrin səfirləri ilə görüş zamanı verilib.

Zurabişvilinin fikrincə, Avropa liderlərinin səfərləri Gürcüstana sabitliyə nail olmağa kömək edəcək.
Zurabişvilinin sözlərinə görə, hakim partiyanın qurucusu Bidzina İvanişvilinin bu yaxınlarda səsləndirdiyi proqramı avropalı tərəfdaşlara qarşı yönəlib.

O, həmçinin vurğulayıb ki, xarici agentlər haqqında qanun layihəsinə baxılması ölkə xalqına qarşı zorakılıqdır və bu, Gürcüstanın Avropa gələcəyini şübhə altına alır.

Prezident ölkədəki mövcud vəziyyətə görə bütün məsuliyyəti respublikanın hakimiyyət orqanlarının üzərinə qoydu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla