AZ

Bypass əməliyyatı, yoxsa dərman müalicəsi? Uzman həkim AÇIQLADI

Koronar arteriya xəstələri üçün ən uyğun müalicə xəstəliyin dərəcəsi, problemli damarların sayı və əlavə xəstəliklərin olması kimi digər faktorlar nəzərə alınmaqla kardioloq və ürək-damar cərrahlarının birgə qərarı ilə təyin olunmalıdır.

 

Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 

Həkim bildirib ki, koronar arteriyaların bir və ya bir neçəsində daha öncə dərman müalicəsi ilə açılmış olmasına baxmayaraq tıxanıqlıq varsa, koronar Bypass əməliyyatı icra etmək məqsədəuyğundur.

 

Onun sözlərinə görə, birdən çox koronar arteriyanın balon və stent taxılması kimi metodlarla açıla bilmədiyi vəziyyətlərdə və ya ürək qapaq əməliyyatı edilməsi lazım olan vəziyyətlərdə Koronar Bypass əməliyyatı icra edilir: "Əgər Koronar Bypass əməliyyatı yerinə alternativ digər metod icra etmək mümkün olarsa, həkim bu barədə xəstəni məlumatlandırır".

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla