AZ

Rusiya Dövlət Duması Çubaysı xarici agent kimi tanımağı planlaşdırır

Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Biysultan Həmzəyev "Rosnano"nun keçmiş rəhbəri Anatoli Çubaysın xarici agent kimi tanınması üçün Ədliyyə Nazirliyinə ərizə hazırlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" yazır.

Həmzəyevin sözlərinə görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, eləcə də "Rosfinmonitorinq" və FSB Anatoli Çubaysın və onun şirkətinin Tel-Əviv Universitetinin nəzdində "Rusiya Tədqiqatları Mərkəzi"nin açılması ilə bağlı məlumatlara diqqət yetirməlidirlər. 

Deputat Anatoli Çubaysın xarici agent kimi tanınmasını təklif edir və həmin idarələrə ünvanlanmış ərizə hazırlayıb.

Həmzəyev həmçinin hesab edir ki, Çubaysa qarşı anti-korrupsiya prosesinə başlamaq və onun pulları ölkədən necə çıxardığını və hazırda ondan "İsraildəki şübhəli mərkəzləri" maliyyələşdirmək üçün istifadə etdiyini öyrənmək lazımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla