AZ

İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı

“İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib”.

Bu barədə baş nazir Benyamin Netanyahunun “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) səhifəsində dərc edilmiş bəyanatda deyilir.

“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli “Əl-Cəzirə” kanalı bağlanacaq”, - mətndə deyilir.

Bundan əvvəl İsrail Knesseti (parlamenti) ikinci və üçüncü yekun oxunuşlarda ölkədə “düşmən mediasının” bağlanmasına icazə verən qanunu təsdiqləyib.

Mənbə: gazeta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
8
Mənbələr
Şərh ()
Bağla